Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft104.43 $▼0.83%
  • WTI neft96.83 $▼0.26%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.908 $▲0.83%
  • Qızıl3 934 $▲0.02%
  • Gümüş49.79 $▲0.38%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 803 $▲1.47%
  • Ethereum2 292 $▲1.91%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
İdman

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı - Fotolar

image-gimnast
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tokioda keçirilən Yay Olimpiya Oyunlarında Böyük Britaniyanın qadın gimnastika milli komandası 93 il sonra medal əldə edib. Busaat.az  xəbər verir ki, iki azərbaycanlı idmançının da yer aldığı komanda “bürünc”ə sahib çıxıb. 

Komandada çıxış edən azərbaycanlılar isə Cessika və Cennifer Qədirova bacılarıdır. 17 yaşlı əkizlər uğurun əldə olunmasında böyük rol oynayıblar.

Bu onların ilk böyük uğurudur. Əslində, Cessika Qədirova cari ilin aprelində İsveçrənin Bazel şəhərində keçirilən Avropa çempionatında özünü göstərə bilmişdi. Həmin qitə birinciliyində 17 yaşlı xanım idmançı çoxnövçülükdə bürünc medala yiyələnmişdi.

Həmin yarışdan sonra məhz gimnastlar məşhurlaşmağa başladı.

Cessika və Cennifer azərbaycanlı olsalar da, onlar Böyük Britaniyada dünyaya gəliblər. Ataları Natiq Qədirov 2001-ci ildə bu ölkəyə köçüb. 2004-cü ildə isə əkiz qızları dünyaya göz açıb.

N.Qədirov qızlarının idmana üzgüçülükdən başladığını qeyd edib: “Qızlarım idmana üzgüçülükdən başladı. Lakin sonradan enerjilərinin çox olduğunu görüb gimnastikaya apardım. Elə onların yeri də bu idman növü imiş”.

17 yaşlı əkizlər Azərbaycanı çox sevsələr də, hələ ki, vətənlərinə gələ bilməyiblər. Bu ilin martın 4-7-də Bakıdakı idman gimnastikası üzrə Dünya kuboku təxirə salınmasaydı, onlar doğma ölkələrini görəcəkdilər: “Təəssüf ki, yarış təxirə salındı. Əks halda qızlarım ilk dəfə Azərbaycana gələcəkdilər”.


Cessika Qədirova atasının onları bir neçə dəfə Azərbaycana gətirmək planının olduğunu, lakin bunun baş tutmadığını bildirib: “Yayda Azərbaycana səfər etmək istəyirik. Görək, necə olacaq… Bakıda gimnastika da daxil olmaqla bir neçə idman növü üzrə beynəlxalq yarışlar keçirilir. Bəlkə də, bir gün iştirakçı kimi yolumuz Azərbaycana düşdü”.

Olimpiadadakı uğurdan sonra N.Qədirov qızları ilə fəxr etdiyini bildirib: “Qızlarımla fəxr edirəm. Azərbaycandakı insanların uzaqda yaşayan həmvətənlərinin uğurlarından xəbərdar olması gözəl olardı. Azərbaycanın dəstəyini hiss etmək bizim üçün xoş olar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=53371