Azərbaycanlı hakimdən mübahisəli qərar – VİDEO

image-tybackend

Ötən gün Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Kəpəz” – “Zirə” qarşılaşması qalmaqallı anlarla yadda qalıb.

Busaat.az xəbər verir ki, gəncəlilərin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hakim qərarları daha müzakirə mövzusuna çevrilib.

Belə ki, oyunun referisi Əli Əliyev iki eyni epizodda fərqli qərar verməsi ilə diqqət çəkib.

Baş hakim matçın 9-cu dəqiqəsində “Turan Tovuz”un futbolçusu Faiq Hacıyevi gəncəlilərin forvardı Amil Yunanova qarşı kobud oynadığına görə cəzalandırır və ona qırmızı vərəqə göstərir.

Daha sonra bənzər epizod 50-ci dəqiqədə yaşanır. Nominal meydan sahiblərinin futbolçusu Vüsal Məsimov tovuzluların oyunçusu İsmayıl Zülfüqarlıya qarşı kobudluq edir. Əli Əliyev isə burada fərqli qərar verərək Məsimova sarı vərəqə göstərir.

Bu epizodlar isə müzakirələrə səbəb olub:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90