“Bölgəmizdəki terror təşkilatları və zalım rejimlər qardaşlarımıza hücum edərkən çoxları kimi onlardan üz çevirmədik, əksinə onları qoruyan qalxan rolunda olduq. Suriyada, Liviyada biz varıq, azərbaycanlı qardaşlarımızın yanında yenə biz varıq”.
Busaat.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Samsunda keçirilən toplantısında çıxışı zamanı bildirib.
“İnşallah bundan sonra da eyni şəkildə yolumuza davam edəcəyik”,- deyə Ərdoğan sözlərinə əlavə edib.