“WhatsApp”a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur

image-vatsapjpg-1730120168backend

“WhatsApp”a istifadəçilər tərəfindən daha əvvəl tələb olunan yeni funksiya gəlib.

Busaat.az xəbər verir ki, bu funksiya sayəsində artıq yeni kontaktları asanlıqla əlavə edə bilərsiniz.

Belə ki, indiyədək kontaktları əlavə etmək üçün mobil cihazınızdan telefon nömrəsi yazmalı və ya QR kodu skan etməli idiniz.

Lakin yeni funksiya ilə “WhatsApp Web” və “Windows”da kontaktları əlavə etmək mümkün olacaq. Gələcəkdə bu funksiya digər qoşulmuş cihazlarda da keçərli olacaq.

Həmçinin telefonunuzu itirdiyiniz və ya cihazları dəyişdiyiniz halda “WhatsApp”da saxladığınız kontaktlar bərpa olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki