
Krım yarımadası tamamilə işıqsız qaldı

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.
Busaat.az xəbər verir ki, bu barədə “Sevastopolenerqo” və “Krımenerqo” şirkətləri məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin kəsilməsinə yarımadadan kənarda yerləşən enerji obyektlərində baş verən qəza səbəb olub.
“Bölgəmizdən kənarda yerləşən enerji obyektlərində baş verən qəza ilə əlaqədar Sevastopol elektrik enerjisiz qalıb. Vəziyyət normallaşana qədər mümkün zədələnmələrin qarşısını almaq üçün elektrik cihazlarını şəbəkədən ayırmağınızı xahiş edirik. Energetiklər elektrik təchizatının ən qısa zamanda bərpası üçün bütün zəruri tədbirləri görürlər. Vəziyyətlə bağlı əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, elektrik enerjisinin nə vaxt bərpa ediləcəyi ilə bağlı hələlik konkret vaxt açıqlanmayıb.
Şəhla Sabirli
Busaat.az























