Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
Siyasət

Lukaşenkonun Ukrayna açıqlamasının arxasında nə dayanır? – Politoloqdan SƏRT REAKSİYA

Lukaşenkonun Ukrayna açıqlamasının arxasında nə dayanır? – Politoloqdan SƏRT REAKSİYA
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna ərazilərinin tarixən Rusiyaya məxsus olması ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Onun bu mövqeyi hansı siyasi maraqlardan qaynaqlanır? Lukaşenkonun açıqlamasını tarixi faktlarla əsaslandırmaq mümkündürmü, yoxsa bu, Rusiyanın mövqeyinə siyasi dəstək xarakteri daşıyır?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Belarus formal olaraq müstəqil dövlət və BMT-nin üzvü olsa da, Aleksandr Lukaşenkonun hakimiyyəti hazırda böyük ölçüdə Rusiyadan və Vladimir Putin administrasiyasından asılı vəziyyətdədir.

Onun sözlərinə görə, xüsusilə Ukrayna məsələsində Belarus rəhbərliyinin mövqeyi Rusiyanın siyasətindən ciddi şəkildə fərqlənmir:

“Bir qayda olaraq, Rusiyanın işğalçılıq siyasətini dolayısı ilə dəstəkləyən açıqlamaları indiyədək Belarus Prezidentinin dilindən dəfələrlə eşitmişik. Son günlərdə Ukrayna ərazilərinin tarixən Rusiyaya məxsus olması ilə bağlı səsləndirilən fikirlər də bu mövqenin davamıdır.

İmperiya keçmişinə malik dövlətlərin əraziləri tarixən başqa xalqların torpaqlarının işğalı hesabına genişlənib. Tarixi dərinliyə nəzər salsaq, indiki Rusiya ərazilərinin də müəyyən hissələrinin türk dövlətlərinə məxsus olduğunu görərik. Bu gün Rusiyanın hökmranlıq etdiyi Ural, Sibir və Şimali Qafqaz bölgələri də müxtəlif tarixi dövrlərdə türk xalqlarının yaşadığı və dövlətçilik qurduğu ərazilər olub. Krım isə uzun illər Osmanlı imperiyasının tərkibində olub”.

Politoloq hesab edir ki, Lukaşenkonun bu cür yanaşması dövlət başçısına yaraşan mövqe deyil və sağlam tarixi reallıqları əks etdirmir. Onun fikrincə, bu açıqlama tarixi faktların obyektiv təhlilindən daha çox, siyasi qərəz və Rusiyadan asılılıqla əlaqəlidir.

T.Əliyev vurğulayıb ki, Lukaşenko fərqli mövqe sərgiləyəcəyi təqdirdə həm özü, həm də təmsil etdiyi dövlət üçün ciddi siyasi fəsadlarla üzləşə biləcəyini nəzərə alır:

“Düşünürəm ki, Lukaşenkonun özünü belə bir vəziyyətə salması onun Rusiyadan asılılığının bariz göstəricisi kimi qiymətləndirilməlidir. Fərqli mövqe həm onun özü, həm də təmsil etdiyi dövlət üçün daha ağır nəticələr doğura bilər. Buna görə də o, həqiqətləri deyil, birtərəfli və qərəzli açıqlamalar verməyə məcbur qalır”.

Politoloqun sözlərinə görə, Ukrayna ərazilərinin müxtəlif tarixi dövlətlərin tərkibində olması mübahisə predmeti deyil. Lakin tarixi keçmişi əsas gətirərək müasir dövlətlərin sərhədlərinə iddia irəli sürmək beynəlxalq hüquq normaları ilə uzlaşmır.

O, qeyd edib ki, Sovet İttifaqının dağılmasından sonra Ukrayna müstəqil dövlət kimi beynəlxalq səviyyədə tanınıb və 1991-ci ildə BMT-yə üzv qəbul edilib. Həmin vaxt ölkənin dövlət sərhədləri və ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınıb.

T.Əliyev əlavə edib ki, istər Rusiyanın, istərsə də başqa bir dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərə qarşı ərazi iddiaları irəli sürməsi və hərbi müdaxiləyə əl atması işğalçılıq siyasəti kimi qiymətləndirilməlidir.

“Bu gün Rusiyanın Ukrayna dövlətinə və xalqına qarşı həyata keçirdiyi siyasətin mahiyyəti də məhz budur. Tarixi faktlardan istifadə edərək qərəzli və birtərəfli mövqeyi əsaslandırmağa çalışmaq heç bir dövlətə və onun rəhbərinə siyasi nüfuz qazandırmayacaq”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Şəhla Sabirli

Busaat.az

Lukaşenkonun Ukrayna açıqlamasının arxasında nə dayanır? – Politoloqdan SƏRT REAKSİYA

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86916