
İbisa sahillərində Malta bayrağı altında üzən tanker batıb: ölən və yaralananlar var

İspaniyanın İbisa adası sahillərində Malta bayrağı altında üzən “Med Emre” tankeri batıb. Hadisə nəticəsində heyət üzvlərindən biri həlak olub, daha altı nəfər xəsarət alıb.
İnsident noyabrın 26-sı səhər saatlarında adadan təxminən 25 mil şimal-şərqdə baş verib. Əl-Xəsirəsdən Barselonaya istiqamət alan gəminin göyərtəsində ümumilikdə 17 nəfər olub.
İlkin qiymətləndirmələrə görə, tanker təxminən 7 min ton dizel yanacağı daşıyırmış. Ehtimal olunan yanacaq sızmasının nəticələrini qiymətləndirmək və dənizin çirklənməsinin qarşısını almaq məqsədilə hadisə yerinə dəniz xilasetmə xidmətinin ixtisaslaşmış gəmisi və təyyarəsi cəlb olunub.
Şəhla Sabirli
Busaat.az























