Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
Dünya

Azana qadağa cəhdi baş tutmadı: İsrail parlamentində gərginlik yaşandı

Azana qadağa cəhdi baş tutmadı: İsrail parlamentində gərginlik yaşandı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail parlamentində azanın səsgücləndiricilərlə yayımlanmasına məhdudiyyət qoyulmasını nəzərdə tutan qanun layihəsi rədd edilib. Sənədin müzakirəsi zamanı isə Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirlə ərəb deputatlar arasında gərginlik yaşanıb və nazir iclas zalından uzaqlaşdırılıb.

Busaat.az xəbər verir ki, ultra-sağçı “Otsma Yehudit” partiyasının deputatları tərəfindən irəli sürülən qanun layihəsinə əsasən, məscidlərdə azanın səsgücləndiricilər vasitəsilə yayımlanması üçün ətraf mühitin mühafizəsi nazirindən xüsusi icazə alınmalı idi.

Təklifə görə, polis azanın yayımını dayandırmaq, səsgücləndirici avadanlıqları müsadirə etmək və 50 min şekelədək (təxminən 15,8 min dollar) inzibati cərimə tətbiq etmək səlahiyyətinə malik olacaqdı.

Knessetdə keçirilən səsvermədə qanun layihəsinin lehinə 45, əleyhinə isə 63 deputat səs verib. Beləliklə, təşəbbüs qəbul edilməyib.

Sənədin müzakirəsi zamanı İtamar Ben-Qvirlə ərəb deputatlar arasında şifahi mübahisə yaranıb. Nazir onları terrorizmi dəstəkləməkdə ittiham edərək iclas zalını tərk etmələrini tələb edib.

Knessetin sədr müavini Eytan Ginzburq müzakirələrdə qayda-qanunu bərpa etməyə çalışarkən Ben-Qvir onu təhqir edərək “axmaq” adlandırıb. Bundan sonra Ginzburq nazirin iclas zalından çıxarılmasına göstəriş verib.

Zalı tərk edən Ben-Qvir hökumət üzvlərini də onunla birlikdə getməyə çağırıb. Nəticədə iclas hökumət nümayəndələrinin iştirakı olmadan davam edib.

Səsvermədən sonra “Otsma Yehudit” partiyası qanun layihəsinin əleyhinə səs verən deputatları tənqid edib. Partiya onları məscidlərin səsgücləndiricilərindən yayılan səs-küyə qarşı mübarizə tədbirlərini dəstəkləməməkdə ittiham edib.

Qeyd edək ki, Ben-Qvir daha əvvəl səsgücləndiricilər vasitəsilə yayımlanan azanı “akustik terrorizm” adlandırmışdı.

Şəhla Sabirli

Busaat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86910