Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
9°Bakı
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
Cəmiyyət

Məhsulların üzərindəki tarixlərin dəyişdirildiyini necə müəyyən etmək olar? – İstehlakçılara XƏBƏRDARLIQ

Məhsulların üzərindəki tarixlərin dəyişdirildiyini necə müəyyən etmək olar? – İstehlakçılara XƏBƏRDARLIQ
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mağazalardan alınan bəzi məhsulların üzərində istehsal və son istifadə tarixlərinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə nəticələnə bilər.

Bəs məhsulun üzərindəki tarixlərin saxtalaşdırıldığını necə müəyyən etmək mümkündür? İstehlakçılar hansı detallara diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı Busaat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məhsulun istehsal və son istifadə tarixinin dəyişdirildiyini müəyyənləşdirmək həmin müdaxilənin hansı üsulla həyata keçirilməsindən asılıdır.

Onun sözlərinə görə, bəzi məhsullarda tarix əlavə kağız üzərində göstərilir və həmin kağızı qaldırdıqda altında əvvəlki tarix aşkar edilə bilər. Digər hallarda isə tarix məhsulun qapağında qeyd olunur. Qapaq bütövlükdə dəyişdirildikdə saxtalaşdırmanı müəyyənləşdirmək xeyli çətinləşir.

Ekspert qeyd edib ki, konserv məhsullarında tarixlərin hansı üsulla yazılmasına xüsusi diqqət yetirilməlidir:

“Əgər tarix tuşla yazılıbsa, yazının görünüşündən müəyyən şübhələr yarana bilər. Konserv məhsulları alarkən istehsal və yararlılıq tarixlərinin dəmir üzərində döymə üsulu ilə vurulmasına üstünlük vermək lazımdır. Belə hallarda tarixə müdaxilə izlərini müəyyənləşdirmək nisbətən asan olur. Əlbəttə, bu da müdaxilənin hansı səviyyədə və nə dərəcədə peşəkar həyata keçirilməsindən asılıdır”.

E.Hüseynovun sözlərinə görə, süd məhsullarının qablaşdırılmasında da istehlakçılar üçün müəyyən göstəricilər mövcuddur. Bəzi məhsulların qapağının altında yerləşən folqa üzərində tarixlərin qeyd edilməsi onların etibarlılığını artıran amillərdəndir.

O, tekstil və parfümeriya məhsullarında isə vəziyyətin daha mürəkkəb olduğunu vurğulayıb. Bildirib ki, belə məhsullarda istehsal tarixi və yararlılıq müddətini müəyyənləşdirmək üçün xüsusi onlayn platformalardan istifadə etmək mümkündür. Məhsulun artikulunu müvafiq sayta daxil etməklə onun nə vaxt istehsal olunduğunu və istifadə müddətinin başa çatıb-çatmadığını yoxlamaq olar.

Birlik sədri əlavə edib ki, təkcə qida məhsullarında deyil, ayaqqabı altlıqlarında və avtomobil təkərlərində də yararlılıq müddəti mövcuddur. Bu məhsulların üzərindəki məlumatlara da bəzən müdaxilə edilə bilər.

Ekspertin fikrincə, satıcılar və istehsalçılar tarixləri dəyişdirmək üçün müxtəlif üsullardan istifadə edə bildiklərindən istehlakçının bunu hər zaman vizual olaraq müəyyənləşdirməsi mümkün deyil.

E.Hüseynov istehlakçıların hüquqlarına da diqqət çəkib. Onun sözlərinə görə, alıcı şübhə doğuran məhsulla bağlı satıcıdan malın mənşəyini təsdiqləyən sənədləri tələb edə bilər. Həmin sənədlər vasitəsilə məhsul partiyasının nə vaxt istehsal olunduğunu dəqiqləşdirmək mümkündür.

Beləliklə, məhsul alarkən yalnız qablaşdırmanın üzərindəki tarixə baxmaq kifayət etmir. Tarixin yazılma üsulu, qablaşdırmanın bütövlüyü və məhsulun mənşəyini təsdiqləyən sənədlər də diqqətdə saxlanılmalıdır.

Şəhla Sabirli

Busaat.az

Məhsulların üzərindəki tarixlərin dəyişdirildiyini necə müəyyən etmək olar? – İstehlakçılara XƏBƏRDARLIQ

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86908