
Kuşner: Putinin iqamətgahına hücum Rusiya–Ukrayna danışıqlarını geri atdı

Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına edilən hücum Rusiya və Ukrayna arasındakı danışıqları geri salıb.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner bildirib.
Onun sözlərinə görə, Vaşinqton 2025-ci ilin noyabr ayında sülh nizamlanması istiqamətində irəliləyiş əldə etməyə başlamışdı. Lakin dekabrın sonunda Ukraynanın Novqorod vilayətində Vladimir Putinin iqamətgahına hücum cəhdi danışıqlar prosesinə mənfi təsir göstərib.
"Axel Springer" media qrupunun baş direktoru Matias Döpfnerə "MD Meets" podkastında müsahibə verən Kuşner qeyd edib ki, 2026-cı ilin fevralında ABŞ yenidən müəyyən irəliləyişə nail olsa da, əsl dönüş baş verməyib:
“Fevraldan sentyabra qədər daimi təmasda idik, lakin ortaq məxrəcə gəlinə biləcək məsələlərdə tərəflərdən ciddi çeviklik və ya kompromisə hazırlıq görmədik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Rusiya tərəfinin məlumatına görə, 2025-ci il dekabrın 29-na keçən gecə Ukrayna Novqorod vilayətindəki Putin iqamətgahına hücum etmək üçün 91 pilotsuz uçuş aparatından istifadə edib.
Şəhla Sabirli























