
Paşinyan Armen Qriqoryanı tənqid etdi: “Prinsipial mövqeyi olsaydı, istefa verərdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryanın İrəvanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyinin tələskənliyi ilə bağlı fikirlərini tənqid edib.
Brifinqdə çıxış edən Paşinyan bildirib: “Əgər Armen Qriqoryanın belə prinsipial mövqeyi var idisə, qanun layihəsinin qəbulundan sonra istefa verməli və bununla da öz narazılığını ifadə etməli idi”.
Baş nazir onu da xatırladıb ki, Qriqoryanın istefasından sonra ona başqa vəzifə təklif etsə də, o, bundan imtina edib.
Şəhla Sabirli























