
Hörmüz boğazında iki tanker minaya düşdü – Gəmilərdən biri yanır

Hörmüz boğazında, Əl-Xəsəb limanının şimalında iki tanker minaya düşərək partlayıb.
Busaat.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin hərəkətə nəzarət mərkəzinin məlumatına görə, gəmilərdən biri 2 milyon bareldən çox neft daşıyan supertankerdir. Partlayışdan sonra tankerdə yanğın başlayıb.
İran tərəfi iddia edir ki, tankerlər ABŞ qırıcılarının himayəsinə güvənərək Hörmüz boğazından gizli keçməyə cəhd göstəriblər.
Qeyd edək ki, noyabrın 25-də SEPAH daha iki tankerin iştirakı ilə oxşar hadisənin baş verdiyini açıqlamışdı. Bundan əvvəl, noyabrın 18-də “Tasnim” agentliyi də göyərtəsində 2 milyon bareldən çox neft olan supertankerin minaya düşməsi barədə məlumat yaymışdı.
Şəhla Sabirli























