
Paşinyan: TRIPP layihəsi İranın “qırmızı xətlərinə” toxunmayacaq

Ermənistan Baş naziri Nikol Paşinyan TRIPP (“Tramp marşrutu”) layihəsinin İranın maraqlarına və “qırmızı xətlərinə” zərər vurmayacağını bəyan edib.
O, bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə danışıb.
Paşinyanın sözlərinə görə, İrəvan layihənin həyata keçirilməsi ilə bağlı Tehranla daimi dialoq aparır və prosesdə heç bir gizli məqam yoxdur.
Baş nazir vurğulayıb ki, layihə çərçivəsində hərbi mövcudluq nəzərdə tutulmur.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi Tehranın yalnız Ermənistan tərəfinin verdiyi təminatlara güvənmək niyyətində olmadığını bildirmişdi. O, İranın “Tramp marşrutu”nun icrasını diqqətlə izləyəcəyini vurğulamışdı.
Şəhla Sabirli
Busaat.az























