Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
11°Bakı
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
Dünya

Rumıniya Prezidenti: NATO-nun Ukrayna səmasında Rusiya raketlərini vurması müharibəyə qoşulmaq deməkdir

Rumıniya Prezidenti: NATO-nun Ukrayna səmasında Rusiya raketlərini vurması müharibəyə qoşulmaq deməkdir
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rumıniya Prezidenti Nikuşor Dan NATO-nun Ukrayna üzərində Rusiya raket və dronlarını vurmasının hərbi əməliyyatlara qoşulmaq anlamına gələcəyini bildirib.

Busaat.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Nikuşor Dan Polşanın NATO-ya Rusiya raket və dronlarının Ukrayna səmasında vurulması ilə bağlı təklifini də şərh edib.

Prezident qeyd edib ki, təxminən bir il əvvəl Rumıniyanın dövlət qurumları çərçivəsində aparılan müzakirələr zamanı belə bir addımın hərbi əməliyyatlarda birgə iştirak anlamına gələcəyi qənaətinə gəlinib.

“Əgər nəsə dəyişərsə, bu barədə sizə məlumat verəcəyəm. Lakin Rumıniya dövlət strukturlarında apardığımız müzakirələrdən bildiyim budur”, – deyə o vurğulayıb.

Qara dənizdə təhlükəsizlik məsələsinə də toxunan Dan sammit çərçivəsində bu mövzuda liderlərlə qeyri-rəsmi müzakirələrin aparılacağını bildirib.

Onun sözlərinə görə, Aİ Şurasının fövqəladə iclasının əsas gündəliyini 2028–2034-cü illər üzrə Avropa İttifaqının büdcəsi təşkil edir. Bununla yanaşı, Qara dəniz regionunda təhlükəsizlik məsələsi də qeyri-rəsmi görüşlərdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Polşa Rusiyanın Ukraynaya hücumları zamanı NATO ərazisinə doğru istiqamətlənən raketlərin Ukrayna səmasında vurulması imkanının nəzərdən keçirilməsi üçün müttəfiqlərinə müraciət edib. Bu təşəbbüs Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı üç raketin Polşanın hava məkanını pozmasından sonra gündəmə gəlib.

Polşa tərəfi isə NATO müttəfiqlərinin bu təklifə dəstək vermədiyini açıqlayıb. Bildirilib ki, Rusiya raket və dronlarının Ukrayna səmasında vurulması çoxsaylı çətinliklər yarada bilər.

Şəhla Sabirli

Busaat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86932