Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
11°Bakı
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
Cəmiyyət

“Günahlarının cəzasını çəkir” demək nə dərəcədə doğrudur?

“Günahlarının cəzasını çəkir” demək nə dərəcədə doğrudur?
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İnsanların həyatında baş verən xəstəliklər, faciələr və müxtəlif müsibətlər bəzən Allahın cəzası kimi qiymətləndirilir. Xüsusilə çətin vəziyyətlə üzləşən şəxslərə “günahlarının cəzasını çəkir” kimi ifadələrin ünvanlanması onların mənəvi vəziyyətinə də mənfi təsir göstərir. Bəs insanın başına gələn hər bir bədbəxt hadisəni Allahın cəzası hesab etmək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, insanların başına gələn faciələri, xəstəlikləri və müxtəlif müsibətləri birmənalı şəkildə Allahın cəzası kimi təqdim etmək düzgün deyil.

Onun sözlərinə görə, İslam dini bu məsələyə daha geniş yanaşır və baş verən hadisələrin müxtəlif səbəbləri, eləcə də hikmətləri ola bilər:

“Bəzən insanlar düşünürlər ki, hər hansı mənfi hadisə baş verirsə, bu, Allahın cəzasıdır və guya insan çox günah etdiyi üçün belə vəziyyətlə üzləşib. Halbuki bu yanaşma doğru deyil. Çox vaxt çətinlik yaşayan insanlara kənardan belə sözlər deyilməsi onların vəziyyətini daha da ağırlaşdırır.

İnsanın qarşılaşdığı müsibət bəzən öz yanlış davranışlarının nəticəsi, bəzən imtahan, bəzən isə günahlarının bağışlanmasına və mənəvi cəhətdən yüksəlməsinə səbəb ola bilər. Elə hallar da var ki, baş verən hadisənin hikmətini insanın dərk etməsi mümkün deyil”.

İlahiyyatçı qeyd edib ki, Qurani-Kərimin Şura surəsinin 30-cu ayəsində insanın öz əməlləri ilə qarşılaşdığı nəticələr arasında əlaqəyə diqqət çəkilir. Lakin bu ayəni bütün xəstəlik və faciələrə şamil edərək konkret bir şəxsin günahlarına görə cəzalandırıldığını söyləmək doğru yanaşma deyil.

Ə.Həsənovun sözlərinə görə, Bəqərə surəsinin 155-ci ayəsində də insanların qorxu, aclıq, mal və can itkisi ilə imtahan ediləcəyi bildirilir. Bu isə müsibətlərin hər zaman cəza anlamına gəlmədiyini göstərir.

O, Əyyub peyğəmbərin həyatını buna nümunə göstərib. Belə ki, Əyyub peyğəmbər uzun müddət ağır xəstəlik və sınaqlarla qarşılaşsa da, bu, onun Allah tərəfindən cəzalandırıldığı anlamına gəlməyib. Əksinə, onun səbir və təvəkkülü dini mənbələrdə nümunə kimi təqdim olunur.

İlahiyyatçı əlavə edib ki, Peyğəmbərin səhih hədislərində də möminin qarşılaşdığı xəstəlik, kədər və sıxıntıların günahlarının bağışlanmasına və mənəvi dərəcəsinin yüksəlməsinə səbəb ola biləcəyi bildirilir.

Ə.Həsənov müasir elmi yanaşmanın da nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun fikrincə, xəstəliklərin və müxtəlif çətinliklərin bioloji, genetik, psixoloji, sosial və ekoloji səbəbləri araşdırılmalı, xəstə insanı günahlandırmaq əvəzinə onun müalicəsinə və mənəvi dəstəyə ehtiyacına diqqət yetirilməlidir.

İlahiyyatçı hesab edir ki, heç bir əsas olmadan kiminsə Allah tərəfindən cəzalandırıldığını iddia etmək ən yanlış yanaşmalardan biridir:

“Biz bir insanın hansı müsibətlə və hansı hikmətə görə qarşılaşdığını dəqiq bilə bilmərik. Bu, Allahın elmində olan məsələdir. Belə hallarda insanları mühakimə etmək əvəzinə onlara dəstək olmaq, dua etmək və ehtiyacları varsa, kömək göstərmək daha vacibdir.

Hər bir faciəyə cəza kimi baxmaq nə dini mətnlərin bütöv mənasına, nə də sağlam düşüncəyə uyğundur. İnsanın üzərinə düşən baş verən hadisələrdən ibrət götürmək, səbəbləri araşdırmaq, səbirli olmaq və həm özünə, həm də başqalarına qarşı mərhəmətli davranmaqdır”.

Şəhla Sabirli

Busaat.az

“Günahlarının cəzasını çəkir” demək nə dərəcədə doğrudur?

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86924