
Paşinyan növbəti seçkilərlə bağlı mövqeyini dəyişdi: Yenidən baş nazirliyə namizəd olacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti seçkilərdə iştirak etməyəcəyi ilə bağlı vədinin yalnız yeni Konstitusiya üzrə referendumdan sonra keçiriləcək seçkilərə aid olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, müxalifət referendumun keçirilməsi ilə bağlı təklifə dəstək verməsə və ölkədə növbədənkənar parlament seçkiləri təyin olunsa, o, baş nazir postuna namizəd olmaq hüququnu özündə saxlayır.
“Gələcək seçkilərdə iştirak etməyəcəyimi deyəndə Konstitusiya üzrə referendumdan sonra keçiriləcək seçkiləri nəzərdə tuturdum. Yəni müxalifət hazırda təklifimizi qəbul etməsə və biz növbədənkənar seçkilərə getsək, referendum keçirilməzdən əvvəl baş tutacaq həmin seçkilərdə baş nazirliyə namizəd olmayacağımı deməmişəm”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, müxalifət təklif olunan razılaşmanı qəbul etməsə, əldə olunmuş bütün razılaşmalar paketi ləğv ediləcək. Bundan sonra yeni şərtlərin cəmiyyətlə müzakirəsi zəruri olacaq.
Şəhla Sabirli
Busaat.az























