“Azərikimya” Etilen-polietilen zavodunda baş verən hadisə ilə bağlı MƏLUMAT

image-215a71a1155168136087724764510095967jpg-1747740647backend

Bu gün saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Busaat.az xəbər verir ki, bu barədə zavodun məlumatında deyilir.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki