Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 674 $▼0.07%
  • Ethereum2 232 $▼0.17%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Hadisə

Bakıda 12 yaşlı uşaq amansızlıqla döyüldü - dalağı kəsilərək...

image-ambulans-baki
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda əqli cəhətdən zəif olan yeniyetmə oğlan 12 yaşlı tanışını xüsusi amansızlıqla döyüb.

Busaat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Səmədzadə küçəsində baş verib.

2008-ci il təvəllüdlü Məsud Ağayev (soyadı şərtidir) əqli inkişafdan qaldığından özündən kiçik oğlanlarla söhbət edib, onlarla danışıb. 9-cu sinfə qədər internat məktəbində böyüyən Məsudu anası götürüb evinə gəlib və məhəllələrindəki oğlanlarla münasibət qurmağa icazə verib.

Məsud məhəllədə özündən yaşca balaca olan Elgünlə tanış olub və onunla münasibət qurub. Bir müddət sonra Məsud məhəllədəki Anar və Xəyal adlı azyaşlılara pul verərək, mağazadan nəsə almağı xahiş edib. Azyaşlılar mağazaya getmək istəsələr də, Elgün onlara – “getməyin, o gicdir, internatda böyüyüb”, – deyib. Elgünün bu sözünə əsəbiləşən Məsud onu vurub oturduğu velosipeddən yıxıb. Daha sonra o, Elgünü yerdə təpikləyib.

Elgün aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və məlum olub ki, azyaşlının dalağı partlayıb. Əməliyyat yolu ilə Elgünün dalağı kəsilərək bədənindən xaric edilib.

Faktla bağlı cinayət işi başlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun xəstə və yeniyetmə olduğunu nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170662