Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.83 $▲3.46%
  • WTI neft89.41 $▲3.17%
  • Avropa qazı (TTF)89.35 €▲5.08%
  • Təbii qaz (ABŞ)2.925 $▼0.24%
  • Qızıl4 130 $▼0.48%
  • Gümüş52.59 $▼0.95%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda602.00 ¢▲0.38%
  • Bitcoin79 482 $▼1.18%
  • Ethereum2 384 $▼1.56%
  • S&P 5007 689▲1.59%
16°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Gündəm

“Azəriqaz” abonentlərə SMS göndərir

image-smartphone
Smartphone.
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən baş verən müvəqqəti fasilələrlə bağlı məlumatları SMS bildirişlər şəklində abonentlərə göndərməyə başlayıb.

Qurumdan  verilən məlumata görə, bu proses pilot layihə olaraq ilkin mərhələdə 12 inzibati rayonu əhatə edir.

Bildirilib ki, bura Bakı şəhərinə daxil olan 11 rayon və Abşeron rayonu aid edilir:

“Məsələn, bu gün Nərimanov rayonunda həyata keçirilən təmir işlərinə dair məlumat həmin ərazidə yaşayan abonentlərin bazada mövcud olan mobil nömrələrinə SMS formasında çatdırılıb.

Bundan başqa, Xəzər rayonu, Şüvəlan qəsəbəsində də görülən işlərlə bağlı müvəqqəti fasilə barədə SMS bildiriş abonentlərə təqdim edilib.

Qeyd edək ki, SMS bildirişlər mahiyyət etibarilə də fərqlənir. Bildiriş mətnində qaz təchizatının hansı səbəbdən dayandırıldığı öz əksini tapır. Məsələn, müvəqqəti fasilə qaz sızması, təmir-tikinti, qəza və ya yeni qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən yarana bilər”.

“Azəriqaz” İstehsalat Birliyi pilot layihənin nəticələrini analiz etdikdən sonra proqram təminatında təkmilləşmə işləri aparmaqla gələcəkdə SMS bildirişlərin ölkə üzrə abonentlərə göndərilməsini nəzərdə tutur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40755