Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 287 $▼0.60%
  • Ethereum2 333 $▼0.93%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Gündəm

“AZƏRİQAZ”dan hava şəraiti ilə bağlı xəbərdarlığı: Problem olarsa bu nömrələrə zəng edin

image-2852964ed006cf3c424a82c3367a76c0

Fevral ayının 23-də gecə saat 23:00-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsindən canlı yayım təşkil edib.

Baş direktor havaların kəskin dəyişməsi ilə bağlı qaz təchizatında hər hansı bir problem yaranıbsa, bunu, abonentlərdən özü dinləmək istəyib. Təqribən 40 dəqiqə davam edən yayım zamanı respublikanın ayrı-ayrı yaşayış məntəqələrindən müxtəlif səpkili müraciətlər səsləndirilib. Ruslan Əliyevlə bağlantıya 7 minə yaxın “Facebook” izləyicisi qoşulub. 703 rəy yazılıb. Statistik analiz göstərir ki, bir çox abonent qazın təzyiqindən razı idi. Bəzi yerlərdə isə xırda problemlər müşahidə olunurdu. Canlı yayıma Birliyin bütün əlaqədar strukturlarının rəsmi şəxsləri də qoşulmuşdu.

Onlar abonentlərin qarşılaşdıqları çətinliklər barədə yazılan şərhləri dərhal qeydiyyata alaraq, əlaqə nömrələrini istəyirdilər. Bu gün də səhər saatlarında abonentlərə “Facebook” sosial şəbəkəsi üzərindən müraciət olunub ki, qaz təchizatına dair yarana biləcək çətin durum barədə “Azəriqaz” İB-ni dərhal məlumatlandırsınlar.

Çağrı Mərkəzi: 104/185. Whatsapp nömrəsi: 077 3 104 104. Sizdən cavab gözləyirik.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul