“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” erməni təxribatı ilə bağlı müraciət etdi

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” erməni təxribatı ilə bağlı müraciət etdibackend

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC “Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyin üzvlərinə son günlər Azərbaycan-Ermənistan arasında gedən hərbi əməliyyatlara əsaslanaraq müraciət edib.

Busaat.az  sözügedən müraciəti təqdim edir:

“Azərbaycana qarşı 30 ildən çox davam edən Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alıb.

1988-ci ildən başlayaraq Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistan hərbi təcavüzə başlamış və Azərbaycan əhalisinə qarşı etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etmiş, bir milyon Azərbaycan vətəndaşları qaçqın və məcburi köçkün olub. Təkcə Azərbaycanın Xocalı şəhərində baş verən və yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Bundan başqa, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də naməlumdur.

BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə təsdiq edilir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (882, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr Ermənistan tərəfindən hələ də icra olunmayıb.

1994-cü ilin may ayında atəşkəs rejiminə nail olunmuşdur, sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası-ATƏT-in Minsk Qrupu ölkələri: Rusiya, ABŞ və Fransadan olan həmsədrlər tərəfindən hər iki ölkə rəhbərlərinin iştirakı ilə danışıqların aparılmasına baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzatmış və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlamaqla bu günədək orada qanunsuz iqtisadi fəaliyyət göstərməyi və bu ərazilərin qanunsuz məskunlaşdırmasını həyata keçirir. Bununla da o, kobud şəkildə beynəlxalq hüquq normalarını, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını pozur.

Ermənistanın hazırkı rəhbərliyi hakimiyyətə gəldiyi andan açıq-aşkar danışıqlar prosesini pozmağa başlayaraq Dağlıq Qarabağın statusu məsələsinin danışıqların predmeti olmasına  baxmayaraq, hərbi təxribatlara və müharibəyə açıq təhrik edən “Qarabağ Ermənistandır və nöqtə” və “Yeni ərazilər üçün yeni bir müharibə”  şüarları ilə çıxışlar etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Təəssüflə qeyd etməliyik ki, beynəlxalq ictimaiyyətin heç bir reaksiya göstərməməsi təcavüzkar Ermənistanın indiki rəhbərliyi əl-qolunu açaraq Azərbaycanın sərhəd bölgələrində hərbi təxribatları intensivləşdirmişdir.

Ermənistan hakimiyyəti cari ilin iyul ayının 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonun ərazilərinə  ağır artilleriya zərbələri endirməklə dinc sakinlərimizi atəşə tutmuşdur.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən məqsədyönlü şəkildə ağır artilleriya və raket zərbələrindən istifadə edərək dövlətimizin hərbi mövqelərini, eyni zamanda Dağlıq Qarabağdan 100 kilometrlərlə uzaqda olan mülki obyektlərini, yaşayış məntəqələrini dağıdır, dinc sakinlərimizi qəsdən atəşə tutur və ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurmaqdadır.

Ermənistan hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv danışıqlardan hər şəkildə boyun qaçırmasını nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etmək, habelə vətəndaşlarının təhlükəsizliyini, sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatları həyata keçirməyə, işğal olunmuş torpaqlarımızı işğaldan azad edilməsinə məcbur olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında artıq işğal olunmuş ərazilərimızın bir hissəsini Ermənistanın separatçı qüvvələrindən azad etməyi bacarmışıq, hərbçilərimizin uğurları davam edir və biz ərazi bütövlüyümüzü tam bərpa etmək əzmindəyik.

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC olaraq həmkarlarımızı bu məsələdə məlumatlandırılmasını və Ermənistan hakimiyyətinin  beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı biganə qalmamağınıza əminlik ifadə edirik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki