Bakı Metropoliteninə giriş məhdudlaşdırıldı – SƏBƏB

Bakı Metropoliteninə giriş məhdudlaşdırıldı – SƏBƏBbackend

Bu gün səhər saatlarından sərnişinlərin Bakı Metropoliteninin stansiyalarına girişi məhdudlaşdırılıb.

Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.

Busaat.az xəbər verir ki, “Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yarandığını bildirib:

“Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı Metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90