Bakı-Quba yolunda avtoqəza: Siyəzəndə 4 nəfər xəsarət alıb

image-cea9284a-978c-3e36-85ea-2b6c2b5f27dc_850backend

Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Ələkbərov Samir İlqar oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olan zaman dəmir arakəsmələrə çırpılıb.

Hadisə nəticəsində sürücü Samir Əkbərov, onun həyat yoldaşı 35 yaşlı Rəvanə, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İ. xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki