Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.56 $▲1.24%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.308 $▲2.96%
  • Qızıl4 053 $▼1.74%
  • Gümüş52.37 $▼1.65%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 555 $▼0.19%
  • Ethereum2 056 $▲0.27%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İdman

Bakı Şəhər Gənclər və İdman İdarəsi Gənclər Günü münasibətilə mükafatlandırma mərasimi keçirib

image-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı Şəhər Gənclər və İdman İdarəsində (BŞGİİ) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib.

busaat.az-ın məlumatına görə, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ardınca ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən təsis edilən 2 Fevral – Azərbaycan Gəncləri Gününün tarixçəsi ilə bağlı videoçarxı izləyiblər.

BŞGİİ-nin rəisi Dənyar Teymurlu çıxış edərək gəncləri təbrik edib, onların müstəqil dövlətimizin qurulmasında, onun qorunmasında və inkişafında önəmli rolu oynadıqlarını vurğulayıb. O, qeyd edib ki, gənclərin beynəlxalq aləmdə tanıdılması, onların istedadlarının inkişaf etdirilməsi və müxtəlif sahələrdə uğurlar qazanması üçün müvafiq proqramlar həyata keçirilir. Onları fəal olmağa və yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.

Sonra söz gənclərə verilib, onlarla fikir mübadiləsi aparılıb, təklif və iradları dinlənilib.

Sonda gənclər cəmiyyətdəki aktivliyi, sosial layihələrdəki iştirakları və əldə etdiyi uğurlar nəzərə alınaraq mükafatlandırılıblar.

Mükafatlar gənclərin motivasiyasını artırmaq və onların gələcək fəaliyyətlərinə stimul vermək məqsədini daşıyır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=157572