Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft109.90 $▲0.35%
  • WTI neft101.04 $▲0.08%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.024 $▲1.31%
  • Qızıl4 025 $▲0.08%
  • Gümüş53.85 $▼0.59%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda626.50 ¢▲0.56%
  • Bitcoin80 180 $▲0.17%
  • Ethereum2 326 $▼0.05%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Cəmiyyət

Bakı-Sumqayıt qatarlarında kondisioner problemi: Sərnişinlər narazılıq edir, ADY isə…

image-27
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı-Sumqayıt-Pirşağı qatarındakı bəzi problemlər vətəndaşların narazılığına səbəb olub.

Busaat.az xəbər verir ki, bu barədə narazılıqlar sosial şəbəkədə yer alıb.

Paylaşımların böyük bir qismində “Stadler” markalı Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarlarda bəzi problemlər müşahidə edildiyi qeyd olunur. Belə ki, son zamanlar qatarların intervallarında gecikmə, sürətin zəifləməsi və soyuducu sistemdə problemlərin olduğu bildirilir.

Qeyd olunan məlumatlarda bildirilib ki, bu tipli hallarda qatarlarda havalandırmanı təmin etmək üçün pəncərələr yoxdur, buna görə də sərnişinlər mənzil başına çatanadək havasızlıq və rütubətdən əziyyət çəkirlər.

Mövzu ilə bağlı Busaat.az saytı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu ünvanlayıb.

Sənubər Nəzərova: Bir daha araşdırma aparılacaq

Sorğumuza cavab olaraq qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib ki, bu iddialar əssasızdır. Onun sözlərinə görə, hazırda istifadədə olan istənilən sərnişin qatarında kondisionerlər ümumi sistem formasında fəaliyyət göstərir.

S.Nəzərova qeyd edib ki, qatarlar xəttə buraxılmadan öncə yoxlanılır və kondisioner sisteminin sazlığına da xüsusi nəzarət edilir:

“Düşünürük ki, bu iddialar əssasızdır. Bu barədə bir daha araşdırma aparılacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145317