Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Bitcoin81 373 $▲0.09%
  • Ethereum2 401 $▲0.61%
  • Qızıl4 006 $▼0.59%
  • Gümüş53.90 $▼0.11%
  • Brent neft111.41 $▼1.91%
  • WTI neft103.21 $▲3.22%
  • Təbii qaz3.049 $▲11.44%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Bakıda avtobuslarda vətəndaşları belə soyublar – ƏMƏLİYYAT ÇƏKİLİŞİ

image-1615630638_1615627548_1615625197_63e19ea6-514a-4779-abca-61b4b25b8a96

Bakıda ictimai nəqliyyatda və dayanacaqlarda cibgirliklə məşğul olan şəxslərə qarşı polis əməkdaşları xüsusi əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində əsasən ictimai nəqliyyatda və ticarət obyektlərində cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakinləri Zita Zolotoryeva və Şavan Bəşirov saxlanılıblar.

Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin müxtəlif vaxtlarda 11 nəfərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, Z.Zolotoryeva cibgirlik edəndən sonra əldə etdiyi əşyaları yanında dayanan Ş.Bəşirova ötürürmüş. Sonuncu isə öz növbəsində hadisə yerindən uzaqlaşırmış. Bu iki şəxsin etdiyi cibgirlik cinayətlərinin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Onlar ifadələrində cibgirlik yolu ilə əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarının qeyd ediblər.

Saxlanılan zaman Z.Zolotoryevanın üzərindən əlavə olaraq 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Tural Həsənov cibgirlik etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Əldə edilən kamera görüntülərindən və T.Həsənovun ətrafında aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, bu şəxs paytaxt ərazisində son bir neçə ay ərzində ictimai nəqliyyatlarda, dayanacaqlarda 14 nəfərin cibindən, həmçinin əl çantasından pul, bank kartları və sənədlər oğurlayıb.

Qeyd edək ki, T.Həsənov saxlanılan zaman onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin də aşkar edilib. Aşkar edilən faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Z.Zolotoryeva, Ş.Bəşirov və T.Həsənovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Bakı şəhər Baş Polis İdarəsi və ya “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul