Bakıda bu ərazilərdə qaz olmuyacaq

image-img_4691backend

Bu gün Bakının Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.

Bu barədə Busaat.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə mayın 13-də saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki