Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 735 $▲0.40%
  • Ethereum2 259 $▲0.30%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
Siyasət

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

image-img_7670
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək.

Busaat.az AZƏRTAC-a istinadla xəbər verir ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda “İqlim dəyişmələrinin real təsirləri”, “İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu”, “İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı”, “İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi”, “İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə”, “Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri”, “İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi” və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152194