Bakıda daha bir intihar hadisəsi baş verib

Bakıda daha bir intihar hadisəsi baş veribbackend

Bu gün Bakıda daha bir intihar hadisəsi baş verib.

Busaat.az xəbər verir ki, saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etib.

Fakt üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gün Xətai rayonunda da intihar hadisəsi qeydə alınıb. Saat 15 radələrində 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğlu yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Yanvarın 24-də isə 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü Nərimanovda yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən atmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90