Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.29 $▼0.03%
  • WTI neft91.26 $▲0.47%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.019 $▲0.70%
  • Qızıl4 128 $▲1.30%
  • Gümüş53.05 $▲2.12%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin74 952 $▲0.89%
  • Ethereum2 142 $▲1.08%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807

Bakıda dəhşət: Tikinti şirkəti tərəfindən evi dağıdılan vətəndaşdan şok addım-VİDEO

image-editor_1b39b293bcf489d55df7accf256c5c76_lpg3amwk50hcx7itbqsu-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vətəndaşların mülkiyyət hüquqlarını mütəmadi olaraq kobud şəkildə pozması ilə gündəmə gələn “Pilot-16” MMC ilə sakinlər arasında problemlər davam edir. Bu dəfə “Pilot-16” MMC-nin “Eleven Park” yaşayış kompleksinin tikintisini apardığı Novruzov qardaşları küçəsində vətəndaş şirkətə məxsus ekskavatoru yandırmaq məcburiyyətində qalıb.

Editor.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Vətəndaşın bu addım atmasına səbəb isə şirkətin gecənin gec saatlarında heç bir xəbərdarlıq etmədən və insanların faktiki yaşadığı evi qəsdən dağıtmağa çalışması olub. Vətəndaş şirkətin uzun müddətdir davam edən özbaşınalıqlarına dözməyərək evini dağıtmaq istəyən ekskavatoru yandırıb.

Xatırladaq ki, qalmaqallı “Pilot-16” şirkəti davamlı olaraq medianın gündəminə vətəndaşların evlərini başına uçurtmaq, mülkiyyət hüquqlarını pozmaq, sakinlərin həyatı üçün təhlükəli şəraitdə tikinti işləri aparmaqla gəlir.

Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyev olsa da, mediada faktiki sahibinin keçmiş oliqarx deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov olduğu iddia olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=148522