Bakıda güclü külək ağacları aşırdı: Avtomobillərə ziyan dəyib – FOTO

image-kulek-avtobackend

Bakının Nəsimi rayonunun 28 May küçəsində güclü külək ağacı avtomobillərin üzərinə aşırıb.

Hadisə nəticəsində hərəkətdə olan iki avtomobilə ziyan dəyib.

Xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Hazırda tıxac aradan qaldırılıb və yolda hərəkət bərpa edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ağacın ərazidən uzaqlaşdırılaraq hərəkətin tam bərpası üçün tədbir görülür.

Daha ətraflı Baku TV-nin videomaterialında:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki