Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.83 $▲0.42%
  • WTI neft87.21 $▲0.66%
  • Avropa qazı (TTF)85.96 €▲1.19%
  • Təbii qaz (ABŞ)3.364 $▲2.22%
  • Qızıl4 039 $▼0.37%
  • Gümüş52.59 $▲0.13%
  • Pambıq82.64 ¢▲5.58%
  • Buğda596.25 ¢▲0.38%
  • Bitcoin73 637 $▼0.08%
  • Ethereum2 050 $▼0.03%
  • S&P 5007 521▼0.37%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Cəmiyyət

Bakıda körpü çöküb?

image-yol
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki küçənin kəşisməsində aparılan təmir işləri barədə daha bir açıqlama yayıb.

Busaat.az xəbər verir ki, qurumdan verilən məlumata görə, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda – Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi “20 Yanvar” dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur:

“Sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər”.

Qeyd edək ki, bir neçə gün əvvəl agentlik həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədar sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə məlumat yaymışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127588