Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

image-1727932518_img_5834backend
Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Busaat.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, məktəbin 10-cu sinif şagirdləri olan 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki