Bakının Xəzər rayonunda qətl törədilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 23-də Sevinc Cəfərovanın yaşadığı evdə kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.