Bakıda quyudan meyiti tapılan 4 yaşlı qız öldürülübmüş – Saxlanılan var
Dünən Bakıda 10 metr dərinlikdə olan quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.
Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi məlum olub. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.
O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Yanvarın 27-də M.Mansurovun 32 yaşı tamam olub.
Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.
Loading...