Bakıda ünvanlı sosial yardımın məbləği 16 qəpik artıb

image-sosial-yardimbackend

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 61,5 min ailənin 266 min 285 üzvü ünvanlı dövlət sosial yardım alıb.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 23,4% və ya 18,8 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 24,4% və ya 86 min 149 nəfər azalıb.
Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin iyul ayının əvvəlində sosial yardımın məbləği cəmi 4% və ya 4,3 manat artıb. Belə ki, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 109,6 manat təşkil edib.
Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 40 min 171 nəfər ünvanlı dövlət sosial yardım alıb. Bakıda ünvanlı sosial yardım alanların sayı son bir ildə 1 951 nəfər azalıb. Onlara verilən sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği isə son bir ildə 16 qəpik artaraq 107,55 manat olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki