“Azərbaycan Hava Yolları” aviaşirkəti “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin sayını artıracaq.
Busaat.az aviaşirkətə istinadən xəbər verir ki, noyabrın 4-dən etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Şarm əl-Şeyx inkişaf etmiş turizm infrastrukturu, gözəl mərcan çimərlikləri ilə tanınır və il boyu turizm mövsümü ilə məşhurdur.
Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.