Bakının bu ərazilərində hərəkət məhdudlaşdırıldı

Bakının bu ərazilərində hərəkət məhdudlaşdırıldıbackend

Bakının Moskva prospektində “Şamaxı yolu” adlanan ərazi istiqamətində 4 və 5 may tarixlərində hərəkət məhdudlaşdırılıb.

Busaat.azxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır.

Sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək, hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır.

Bu səbəbdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki