Bakının bu ünvanında binalar sökülür – FOTO

image-1642426676_trend_sokulen_bina_170122_2backend

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.

BUSAAT.AZ  Trend-ə istinadən xəbər verir ki, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır.

Həmin binalardan artıq sakinlər köçürülməsinə başlanılıb.

Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-cı illərdə inşa olunmuş “Minsk” və “Xruşovka” layihəli beş mərtəbəli binalardır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90