Aprelin 24-də İordaniyanın paytaxtı Əmmanda İordaniya Mədəniyyət Nazirliyinin və İordaniya turizm bürosunun təskilatlığı , “R-travel&Tours” Azərbaycan şirkətinin dəstəyi ilə ilə “Fairmont” hotelində turizm sərgisi keçirildi. Sərgini giriş sözü ilə açan, tədbirin təşkilatçısı İordaniya turizm bürosunun marketinq departamentinin rəhbəri Majd Abu Arqub bu sərginin İordaniya və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə böyük dəstək verəcəyini bildirib. Daha sonra çıxış edən İordaniya turizm bürosunun əməkdaşı Ahmad Alhmoud da bu sərginin turizm potensialının gücləndirilməsi yolunda vacib addım adlandırıb. Sərgidə Azərbaycanı 5 turizm şirkəti təmsil edib. İordaniyanın çoxsaylı turizm şirkəti bu sərgidə iştirak edib. Sərgidə o da qeyd edilib ki, yaxın zamanda Əmmandan Bakıya birbaşa təyyarə relslərin açılması gözlənilir. Birbaşa təyyarə relslərinin açılması İordaniya və Azərbaycan arasında turizm əlaqələrinin genişlənməsinə şərait yaradacaq.
“R-travel&Tours ” Azərbaycan şirkətinin dəstəyi ilə Əmmanda turizm sərgisi keçirildi – Fotolar
Bu bölməyə aid digər xəbərlər
Çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirli bilinən “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi […]
Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi […]
Son illər Bakının küçələrində elektrik skuterləri sayı nəzərəçarpacaq dərəcədə artıb. Vaxta qənaət, nisbətən aşağı xərc və tıxaclardan yayınmaq imkanı bu […]
“Magen David Azerbaijan” insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisi Nizami Məmmədovla bağlı […]
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sentyabr ayının 5-dən oktyabr ayının 5-dək “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik […]
Daxili İşlər Nazirliyi dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib. Busaat.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. […]









