Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək;
Hələ 1954-cü ildə Şirvan kanalının layihələndirilməsinə başlanıldı.Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan suvarma kanaldır. Tələb olunan müddətlərdə kanalların layihə tapşırıqları hazırlandı və kanal 1958- ci ildə istismara verildi.Şirvan Kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 130 min hektar torpaq sahəsi və Şirvan otlaq sahəsi daim suvarılır. 10 rayonun ərazisindən keçən kanalda daim idarə tərəfindən təmir işləri, o cümlədən lildən təmizləmə işləri həyata keçirilir. Bununla da kanaldan axan suyun axını sürətlənir, xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılır. Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır.Kanalın uzunluğu 123,5 km, sərfi 78 m³/san və onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib.Bu kanalın üzərində 51 ədəd sel ötürücü qurğu vardır və bu qurğu vasitəsilə sel suları Şirvan kanalının sağ sahillərinə otürülür. Yuxarı Şirvan kanalının istismara verilməsindən sonra, Şirvan düzündə suvarılan əkin sahələrinin 1950-ci ildə 90 min hektardan 1965-ci ildə 167 min hektara çatdırılmışdır.İcra ediləcək yeni lahiyədə isə bu sahə 230 min hektar əkin sahəsini əhatə edəcək.Yuxarı Şirvan kanalının üzərində nasos stansiyaları da quraşdırılmışdır.Uzunluğu 122 km olan Şirvan Kanalı respubilikanın ikinci ən böyük magistiral suvarma kanalıdır. Prezident İlham Əliyev kanalın yenidən qurulmasına dair Sərəncam imzaladı və bunun nəticəsində kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir.Şirvan lahiyəsi suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük lahiyələrdən biridir.Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.
Ülviyyə Mürsəliyeva Faiq qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti