Azərbaycan xalqı Rusiya rəhbərliyinin Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtiramı yüksək qiymətləndirir

image-hayda-1620642380backend

Azərbaycan Respublikasının ərazisi iki əsrə yaxın müddət ərzində əvvəl Rusiyanın, sonra isə SSRİ-nin tərkibində olub. 1991-ci ilin dekabrında SSRİ-nin süqutundan sonra Rusiya dünya arenasına yeni simada, kəskin və fərqli tərzdə çıxdı.

Elə həmin arada dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında duran ən əsas vəzifələrdən biri SSRİ-nin dağılması nəticəsində meydana gələn yeni müstəqil dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin formalaşdırılması idi. Azərbaycanın xarici siyasətinin qarşısında Rusiya ilə bağlı bir sıra yeni prinsipial problemlər dururdu: Rusiyanın Azərbaycan Respublikası ərazisindəki qoşunlarının çıxarılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı, Xəzərin statusu probleminə Rusiyanın münasibəti və nəhayət, bu ölkədə yaşayan azərbaycanlıların taleyi. Bu problemlərin hər birinin həlli iki ölkə arasında münasibətlərin xarakterindən çox asılı idi.  Azərbaycan  Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi:

“Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır”. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əlaqələrin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2-4 iyul 1997-ci il tarixdə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında ən əhəmiyyətli hadisə olmuşdur.

Cavad İsmayılzadə Niyaməddin oğlu

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki