Yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır

image-1713260833_17132534391308060793_1200x630backend

 Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.

Son illər ərzində Azərbaycanda həyata keçirilmiş böyük infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti var. Həm Şimal, həm Qərb bölgələrində əkinə yararlı olan torpaqların həcmi və sahəsində böyük dərəcədə artım müşahidə olunmuşdur. Və bu səbəbdən cənab prezident İlham Əliyev tərəfindən ölkəmizdə bu sahə ilə bağlı geniş miqyaslı layihələr aparılır. Taxtakörpü su anbarı və Şəmkirçay su anbarı çox böyük infrastruktur layihələrindəndir. Beləki, Taxtakörpü su anbarı Samur-Abşeron sisteminə aiddir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir. İnşasına 2007-ci ildə başlanılmışdır. Taxtakörpü su anbarının sahəsi 8.71 kvadratkilometrdir. Bu qurğunun ümumi tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238.4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü isə 142.5 metrdir. Taxtakörpü su anbarı Azərbaycanın ən torpaq bəndli su anbarıdır. Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcimdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür. 2013-cü il 28 sentyabrda açılış mərasimi keçirilmiş və burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Bundan əlavə ölkəmiz üçün ən qabaqcıl layihələrdən biri də Şəmkirçay su anbarı olmuşdur ki, Şəmkirçay çayının üzərində tikilmiş və 2014-cü ildə istifadəyə verilmişdir. Şəmkirçay su anbarının ümumi su tutumu 164.5 milyon kubmetr, faydalı həcmi 156.3 milyon kubmetrdir, bəndin nüvə hündürlüyü isə 196 metrdir. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton  üzlüklüdür. Nəzərdə tutulmuş plana uyğun olaraq layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət daha da yaxşılaşacağı gözlənilir. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.

 

Nəzrin Heydərova Faiq qızı

              Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90