Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.56 $▲2.49%
  • WTI neft86.65 $▲1.62%
  • Avropa qazı (TTF)91.12 €▲4.47%
  • Təbii qaz (ABŞ)3.281 $▲0.40%
  • Qızıl3 873 $▼2.70%
  • Gümüş49.98 $▼2.81%
  • Pambıq78.54 ¢▼4.62%
  • Buğda591.50 ¢▼1.66%
  • Bitcoin71 942 $▼2.69%
  • Ethereum2 021 $▼1.63%
  • S&P 5007 637▲0.25%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Kriminal

Keçmiş dekan müavini dələduzluğa görə həbs edildi

image-309a18206a7afc58788531ec823e479c_49eab34888826d13b01d72cd18d0bac24bc84cc4bc47d2ee0706dff8938226b01636717119_untitled-1-jpg-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Özünü Ədliyyə Nazirliyinin işçisi kimi təqdim edərək dələduzluq cinayət törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Busaat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs S.Q. Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə olunub.

Məhkəmə istintaqına sədrlik edən hakim Samir İsmayılovun çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İş materiallarından aydın olur ki, S.Q. tanışına onun övladını Heydər Əliyev adına Liseyə qəbul etdirəcəyi barədə vəd verərək, 3000 manat pul alıb. S.Q. tanışını Ədliyyə Nazirliyinin işçisi olduğuna inandırmaq üçün cəzaçəkmə müəssisəsindən azad edilərkən verilən buraxılış vərəqini ona göndərib. Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmişə bildirib ki, o, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir.

Lakin sonradan bütün bunların yalan olduğu üzə çıxıb və qarşı tərəf hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra S.Q. saxlanılıb.

Məhkəmə prosesi zamanı, təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məhkəməyə verdiyi ifadədən aydın olub ki, o, 2014-cü ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetində kredit üzrə dekan müavini vəzifəsində çalışıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170710