Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.17 $▼0.05%
  • WTI neft101.36 $▼0.02%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.036 $▲0.16%
  • Qızıl4 041 $▼0.28%
  • Gümüş53.07 $▼0.30%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin80 089 $▼1.42%
  • Ethereum2 318 $▼1.63%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
Gündəm

Bakıya daxil olmağa çalışan 1000-ə yaxın avtomobil geri qaytarılıb

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son 24 saat ərzində Bakıya daxil olmağa çalışan 1000-ə yaxın avtomobil geri qaytarılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev açıqlamasında bildirib ki, son günlər rayon qeydiyyatı olan şəxslər və avtomobillərin Bakı istiqamətində hərəkəti səngiyib:

“Yalnız dünən axşam saatlarında biraz intensivlik olub. Belə ki, martın 22-i səhər saat 08:00 radələrinən martın 23-ü həmin saatadək olan məlumata görə, cənub istiqamətindən gələn 614, Şamaxı yolundakı postda 182, Quba yolunda isə 114 avtomobil geri qaytarılıb. Həmçinin,  beynəlxalq yükdaşıma həyata keçirən 88 yük maşını yol polisi əməkdaşları tərəfindən müşayiət olunub”.

K.Əliyev qeyd edib ki, geri qaytarılan şəxslərdən müqavimət göstərən, karantin qaydasını pozanlar olmayıb: “Sadəcə bir neçə şəxs özünü bilməməzliyə vurur. Onlar “elə bilirdik rayonda yaşayanlara aiddir, biz Bakıda yaşayırıq” deyirlər. Amma biz dəfələrlə bildiririk ki, Bakı,Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşasa belə, bu yerlərə müvəqqəti və ya daimi qeydiyyatı olmayan şəxslərin martın 29-dək  girişi qadağandır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6541