Məzmuna keç
  • Azeri Light122.28 $▼2.47%
  • Brent neft112.68 $▲0.54%
  • WTI neft103.61 $▲0.43%
  • Avropa qazı (TTF)100.10 €▲2.66%
  • Təbii qaz (ABŞ)2.922 $▲0.86%
  • Qızıl4 007 $▲0.07%
  • Gümüş50.99 $▼0.68%
  • Pambıq78.43 ¢▲0.27%
  • Buğda604.00 ¢▼0.45%
  • Bitcoin77 671 $▼0.16%
  • Ethereum2 221 $▼1.23%
  • S&P 5007 720▼0.36%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Cəmiyyət

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılacaq. Bu haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti olacaq, 10 faiz dərəcə ilə vergi tutulacaq. Özəl məhkəmə ekspertləri vergi orqanlarına bəyannamə verəcəklər. Özəl məhkəmə ekspertləri özəl məhkəmə ekspertlərinin fəaliyyətinə görə onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməli, hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaq, gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

“Tibbi sığorta haqqında” qanuna tıklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri sığortalı qismində özləri çıxış edəcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188082