Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.13 $▼0.07%
  • WTI neft101.29 $▼0.13%
  • Avropa qazı (TTF)97.10 €▼1.77%
  • Təbii qaz (ABŞ)3.035 $▲0.23%
  • Qızıl4 042 $▼0.22%
  • Gümüş53.03 $▼0.47%
  • Pambıq78.17 ¢▼0.12%
  • Buğda598.75 ¢▼0.13%
  • Bitcoin80 113 $▼1.40%
  • Ethereum2 322 $▼1.47%
  • S&P 5007 744▲0.27%
15°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
Elm ve tehsil

Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

225 nömrəli məktəbin həyətində baş verən insidentdə iştirak edən şəxslərin kənardan gəldiyi barədə məlumatlar təkzib edilib.

Bunu oxu.Az-a açıqlamasında məktəbin direktor müavini Zenfira Nursalova bildirib.

Onun sözlərinə görə, insidentdə iştirak edənlərin hamısı məktəbin 9-11-ci sinif şagirdləri olublar. Hadisə zamanı onların arasında yalnız bir nəfər məzun olub.

“Məktəbin həyətində kənar şəxslər olmayıblar. Yalnız bir nəfər məzunumuz olub. O da əvvəlcə məktəbdən kənarda idi. Hadisə vaxtı səs-küyə görə məktəbin həyətinə daxil olub.

Nə mühafizəçinin, nə də məktəb rəhbərliyinin sonradan həyətə toplaşan şəxslərlə hər hansı tanışlığı var. İnsident baş verdi və polis əməkdaşları həmin şəxsləri apardılar. Başqa heç nə baş verməyib.

Uşaqların məktəbli formasında olmadıqları barədə deyilənlər də doğru deyil. Hamısı məktəbli geyimində idilər, sadəcə, tənəffüs vaxtı olduğu üçün üst geyimlərini geyinmişdilər”, – deyə Z.Nursalova qeyd edib.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188014