Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 698 $▼0.04%
  • Ethereum2 232 $▼0.16%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
İdman

Bakıya millinin futbolçuları ilə eyni təyyarədə qayıdan səfir: “Dollardan, polyak qızlarından danışırdılar...”

image-1679988948_editor_fd9759b69ca3e360ed6fedb1797749be_nscbz3k7eu4ro2fgx1y8
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq”.

Busaat.az bildirir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev ötən gün İsveçə 0:5 hesabı ilə uduzan milli komandamızdan danışarkən deyib.

O, qeyd etdiyi hadisə ilə bağlı xatirələrini bölüşüb:

“VİP lojada Polşanın müdafiə naziri Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub “Bu futboldur. Hər dəqiqə hər şey dəyişə bilər”, dedi. Dördüncü qol vurulanda isə “Futbol boş şeydir. Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan” deyib ürək-dirək verdi. Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reysilə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil, 0:8 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən – dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi “Uduzacağımızı bilirdim. Amma daha belə hesabla yox”, – dedi”.

V.Quliyev vurğulayıb ki, uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda qələbə qazana bilməz:

“Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan…Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104928