“Balasanyan və Arutunyan peşələrini komedik filmlərdə rol alaraq davam etdirsinlər”

image-bala-arayikbackend

Ermənistan mətbuatının məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin Qarabağdan geri çəkilmə prosesi başlayıb. Məlumata görə, bundan sonra Qarabağda yalnız yerli ermənlərdən ibarət bölmələr qalacaq. Ermənistandan çağırılanlar isə artıq Qarabağa xidmətə göndərilməyəcək və Ermənistandan çağırışçılar Qarabağa ancaq könüllülük prinsipi əsasında göndəriləcəklər.

Mövzunu Busaat.az-a şərh edən siyasi elmlər doktoru, politoloq Zaur Məmmədov bildirib ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatın maddələrinə diqqət edəndə də Xankəndi və Rusiya sülhməramlılarının məsuliyyətində olan və ermənilərin kompakt yaşadığı digər ərazilərdə də erməni silahlı birləşmələrinin qalmayacağı açıq aydın görünür: “Lakin bu aylar ərzində Ermənistanın daxilində baş verən proseslər və digər maneələr ucabatında bu məsələlər uzanmaqda idi”.

“Hər kəsə məlumdur ki, Xankəndi, Xocalı, Ağdərə və ümumiyyətlə Dağlıq Qarabağ bütövlükdə Azərbaycanın yurisdiksiyasına daxildir. Düzdür, bu gün həmin ərazilərdə ermənilər kompakt şəkildə yaşayır və gələcəkdə də yaşaya bilərlər. Lakin qondarma rejimin istər keçmişdə mövcud olan “ordu”sunun, istərsə də digər “dövlət orqanları”nın yaxın vaxtlarda buraxılmasının şahidi olacağıq. Bununla da heç bir Ermənistan vətəndaşı Azərbaycan torpaqlarına gələrək hərbi qulluğunu yerinə yetirə bilməyəcək. Artıq dünəndən etibarən ermənilər də bunu rəsmi şəkildə etiraf etməyə başlayıblar. Lakin bütün bunlara baxmayaraq, yenə də Ermənistanda və Xankəndidə Vitoli Balasanyan, Arayik Arutunyan kimi ermənilərin sayıqlamalarını görməkdəyik. Əfsuslar olsun ki, onlar həm Xankəndidəki, həm də Ermənistandakı erməniləri yenidən aldatmaqla məşğuldular”-deyə, politoloq vurğulayıb.

image-zaur-m
Zaur Məmmədov-Politoloq

Müsahibimiz əlavə edib ki, yaxın aylar ərzində Dağlıq Qarabağda fəaliyyət göstərən müxtəlif orqanlarda struktur dəyişikliyi və insitutlaşmanın şahidi olacağıq: “Bundan sonra birmənalı olaraq heç bir seperatçı qüvvə Qarabağda fəaliyyət göstərə bilməyəcək. Ələlxüsus da bu, erməni silahlı qruplaşmalarına aiddir. Lakin bu gün özünü “Dağlıq Qarabağ ordusu”nun başçısı adlandıran Balasanyanın sayıqlamaları isə onu göstərir ki, o, məsələlərə adekvat qiymət vermir. Belə ki, bu gün Xankəndi və ətrafında cəmi 20 minə yaxın erməni yaşadığı halda, hər hansı bir “ordu”dan danışmaq, xüsusən də söhbət 44 günlük müharibə nəticəsində dağıdılmış Ermənistan ordusundan gedirsə, bu, tamamilə absurd və gülüncdür”.

“Ona görə də yaxşı olardı ki, Balasanyan və Arutunyan kimiləri peşələrini komedik filmlərdə rol alaraq davam etdirsinlər. Hesab edirəm ki, əks halda erməni xalqı necə ki, Robert Koçaryan və Serj Sarkisyanın cavabını verdi, həmçinin, bu kimi revanşist və yalançı qüvvələrin cavabını da özləri verəcək”-deyə, Məmmədov fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90