Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 080 $▼1.23%
  • Ethereum2 317 $▼2.83%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Gündəm

“Bandotdel” Ağcabədidə əməliyyat keçirdi

image-bdandotdelagcabedi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları Ağcabədi rayonunda əməliyyat keçirib.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və 2 ədəd sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

image-silah

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul